Accessibility links

Qırğızıstan Manası yenidən ABŞ-a icarəyə verdi


Qırğızıstan ABŞ-a Əfqanıstanda əməliyyatları üçün əsas bazadan istifadəni davam etdirməyə icazə verən sazişi rəsmi şəkildə təsdiq edib. Prezident Qurmanbek Bakiyevin idarəsi bu gün prezidentin bu qanuna imza atmasını bildirən bəyanat hazırlayıb. Bu addım Qırğızıstanın fevral ayında açıqladığı qərarın əksidir. Hazırkı razılaşma Birləşmiş Ştatlara illik 60 milyon dollar icarə haqqı müqabilində Manas hərbi hava bazasında fəaliyyətini bərpa etməyə icazə verir. Bu məbləğ əvvəlki sazişlə müqayisədə 3 dəfə çoxdur. Qeyd edək ki, ay ərzində Manas bazası vasitəsilə 15 min əsgər və 500 tonlarla təchizat göndərilir. ABŞ-ın Əfqanıstanda hərbi öhdəliyini genişdirməsi səbəbilə bu rəqəmin carı ildə kəskin şəkildə artması gözlənilir.
XS
SM
MD
LG