Accessibility links

İran yeni nümayişlərə başlayanlara qarşı sərt tədbirlər görə bilər


Tehran valisi xəbərdarlıq edib ki, bu gün etiraz aksiyalarına cəhd göstərən insanlara qarşı kəskin ölçülər götürüləcək. Bu xəbərdarlıq Tehranda tələbələrə qarşı ölümlə nəticələnmiş zorakılığın 10-cu ildönümünü qeyd etmək üçün müxalifətin yeni etirazlara çağırışlarla eyni vaxtda verilib. Tehranın valisi Murtuza Tamadon anti-inqilab şəbəkəsinin yeni nümayişlərə çağırdığını bildirib. Belə çağırışlar bütün həftə boyu müxalif veb səhifələrdə və sosial şəbəkə saytlarında dolaşıb. 12 iyun prezident seçkilərindən sonra keçirilən müxalifət nümayişlərinin qarşısı alınıb. Məğlub olmuş islahatçı namizəd Mir Hüseyn Musəvi və tərəfdarları təkidlə onun qələbə qazandığını bildirir. Onlar deyir ki, prezident Mahmud Əhmədinejadın qalib gəldiyini göstərən seçki nəticələri saxtalaşdırılıb.
XS
SM
MD
LG