Accessibility links

Litvada ilk qadın prezidentin inaqurasiyası oldu


Iqtisadi geriləmə ilə üzləşən Litvada ilk qadın prezidentin inaqurasiyası olub. Dalia Qribauskait paytaxt Vilnüsdə keçirilən mərasimdə and içib. Prezident qismində parlamentə ilk müraciətində Avropa Birliyinin sabiq büdcə komissarı Litvanın iqtisadi problemlərini həll edəcəyinə və balanslı xarici siyasət yürüdəcəyini vəd edib. Xanım Qribauskait iki beş illik hakimiyyət dönəminin ardınca Valdas Adamkusu əvəzləyir. Seçkilməsindən sonra xanım Qribauskait bildirib ki, o, maliyyə, iqtisadiyyat, sosial rifah, səhiyyə və enerji nazirlərini dəyişməyi nəzərdən keçirir. Müstəqil namizəd kimi seçkilərdə iştirak edən Dalia Qribauskait səslərin 69 faizini qazanıb.
XS
SM
MD
LG