Accessibility links

İndoneziyada güclü partlayışlar olub


İndoneziya polisi deyir ki, bu gün paytaxt Cakartanın iki yüksək səviyyəli mehmanxanasında baş vermiş güclü partlayışlar nəticəsində 9 nəfər həlak olub, ən azı 50 adam isə xəsarət alıb. İndoneziya təhlükəsizlik nazirinin sözlərinə görə, Ritz-Karlton və Marriot hotellərində güclü partlayıcı maddələr işə salınıb. Hökumət rəsmiləri deyir ki, qurbanların çoxu əncəbilərdir. Bombalar Ritz-Karlton mehmanxanasının yanında və Marriot hotelinin zirzəmisində yerləşdirilib. Daha sonra isə Marriot hotelinin içərisindən partlamamış bir bomba tapılıb. Cakarta polis rəisi deyir ki, hücumu həyata keçirənlər mehmanxanada qonaq qismində qalıblar. Hadisəni terror aktı kimi qiymətləndirən president Susilo Bambanq Yudoyono məsuliyyət daşıyanların tezliklə həbs olunacağını bildirib.
XS
SM
MD
LG