Accessibility links

Əkbər Salehi Tehranla Qərb arasında düşmənçiliyə son qoymağa yenidən səy göstərməyə çağırıb


İranın nüvə proqramının yeni sədri Tehranla Qərb arasında düşmənçiliyə son qoymaq və tərəflər arasında inam yaradılması üçün yenidən səy göstərməyə çağırıb. Əli Əkbər Salehi ilk rəsmi açıqlamasını prezident Mahmud Əhmədinejad onu İranın Atom Enerji Təşkilatının rəhbəri təyin edəndən bir gün sonra verib. Salehi İranın Beynəlxalq Atom Enerjisi Agentliyində rəsmi nümayəndəsi olub. 2003-cü ildə Salehi BMT-yə İranın nüvə obyektlərinin daha sərbəst yoxlamasına icazə verən protokola imza atıb. Prezident Əhmədinejad sonradan BMT təftişini dayandırmışdı. Salehi bu vəzifədə gözlənilmədən istefa vermiş Qulam Rza Ağazadəni əvəz edir. İSNA xəbər agentliyi Ağazadənin istefa verməsinin səbəbini açıqlamamışdı.
XS
SM
MD
LG