Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Vaşinqtonun Pxenyanla danışıqlara hazır olduğunu bildirib


ABŞ-ın yüksək səviyyəli diplomatı deyir ki, Şimali Koreya ilə danışıqlar qapısı açıq qalır, ancaq Vaşinqton Pxenyanın raket və nüvə proqramlarını dayandırması üçün sanksiyaları gücləndirə bilər.

Dövlət katibinin Şərqi Asiya və Sakit Okean hövzəsi üzrə yeni yardımçısı Kört Kampbel bu gün Cənubi Koreya paytaxtı Seula çatan zaman jurnalistlərə deyib ki, Pxenyan nüvə ambisiyalarına son qoysa, ABŞ müvafiq şəraitdə Şimali Koreya ilə danışıqlara hazır ola bilər.

Kampbel dünən məsələni Yaponiya rəsmilərilə müzakirə etdikdən sonra Tokioda jurnalistlərə bildirib ki, Şimali Koreyaya məsuliyyətli danışıqları bərpa etməyin hələ gec olmadığı barədə kollektiv mesajın göndərilməsi vacibdir.

XS
SM
MD
LG