Accessibility links

Pakistanda 50 yaraqlı öldürülüb


Pakistan ordusu bildirir ki, ölkənin şimal-qərb hissəsində son qarşıdurmalar zamanı 50-dən çox yaraqlı öldürülüb. Ordu rəsmiləri hərbi toqquşmanın Aşağı Dir rayonunda 2 gün sürən axtarış əməliyyatları zamanı baş verdiyini bildirir. Verilən məlumata görə, öldürülənlərin çoxu Svat Vadisində hücumlardan canını qurtarmaq üçün qaçan yaraqlılardır. Əməliyyat zamanı 3 əsgər həlak olub. Son aylarda Pakistan ordusu ölkənin şimal-qərb hissəsində Taliban yaraqlılarına qarşı mübarizə aparır. Kampaniya əsasən Svat Vadisi və onun ətrafındalı ərazilərdə aparılmalı olsa da, əməliyyatlar indi həm də Əfqanıstan sərhədinə yaxın əraziləri də əhatə edir.
XS
SM
MD
LG