Accessibility links

Mir Huseyn Musəvinin qaynı da həbs olunanlar arasındadır


Mir Hüseyn Musəvinin həyat yoldaşı deyir ki, qardaşı İranda mübahisəli seçkilərdən sonra müxalifətin kütləvi etiraz aksiyaları zamanı həbs olunan yüzlərlə insan arasındadır.

Zəhra Rəhnavərdin İLNA xəbər agentliyinə bildirdiyinə görə, qardaşı 62 yaşlı Şahpur Kazımi təxminən bir ay əvvəl nəzarət altına alınıb. Rahnəvərd deyir ki, kommunikasiyalar eksperti olan Kazıminin siyasətlə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, qardaşına qarşı iğtişaşa təhrik və əcnəbilərlə əlaqə ittihamları ağlagəlməzdir.

Musəvinin həyat yoldaşı İran rəsmilərinə xəbərdarlıq edib ki, qardaşı və digər məhbusları ittihamları boynuna almağa məcbur etməsin. Onun sözlərinə görə, bu iddiaları İran xalqı rədd edəcək.
XS
SM
MD
LG