Accessibility links

Dmitri Medvedyev hərbi bazada olub


Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstanla münaqişənin mərkəzində yer alan separatçı regionlara dəstəyini bir daha təkrar edib. Bu gün Rusiyanın cənubundakı hərbi bazada mərasimə qatılan cənab Medvedyev 5 günlük müharibə zamanı döyüşən əsgərlər və zabitlərə medallar təqdim edib.Rusiya prezidenti deyib ki, ölkəsinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanıması qərarı dəyişməzdir. Gürcüstan prezidenti Mixail Saakaşvili müharibənin anım mərasimində Rusiyanı Gürcüstanın mütəqilliyi və demokratiyasını məhv etmək cəhdində günahlandırıb. Bir il keçməsinə baxmayaraq, müharibəni kimin başlatdığı barədə mübahisələr hələ də davam edir.
XS
SM
MD
LG