Accessibility links

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə qarşı cinayət işi qaldırılıb


Pakistan polisi 2007-ci ildə siyasi böhran zamanı hakimləri həbs etdirməsi ilə bağlı sabiq prezident Pərviz Müşərrəfə qarşı hazırladığı cinayət işinin qeydiyyatdan keçirib. Rəsmilərin bildirdiyinə görə, bu gün qeydiyyatdan keçən cinayət işinə əsasən sabiq prezident Pərviz Müşərrəf 3 il həbs cəzasına məhkum edilib. Ötən ay ali məhkəmə qərar verib ki, hakimiyyəti dövründə cənab Müşərrəf konstitusiyanı pozaraq, yüksək səviyyəli hakimləri vəzifələrindən çıxarmışdı. Keçmiş hərbi komandan keçən il prezidentlik vəzifəsindən istefa vermək barədə tələblərə əməl etmişdir. Son iki ayda onun Londonda yaşadığı deyilir.

XS
SM
MD
LG