Accessibility links

İslam respublikasının 30 illik tarixində ilk dəfə 3 qadın nazirlər kabinetində yer ala bilər


İran prezidenti Mahmud Əhmədinejadın parlamentə təqdim etdiyi kabinet nazirləri siyahısında Mənucehr Mottəki yenidən xarici işlər naziri, müdafiə naziri Mustafa Nəccar isə daxili işlər naziri vəzifələrinə namizəd göstərilib.

İslam respublikasının 30 illik tarixində ilk dəfə 3 qadın nazirlər kabinetində yer ala bilər. Prezident Əhmədinejad onları təhsil, səhiyyə vəsosial təminat nazirləri vəzifələrinə namizəd göstərib. Lakin qanunvericilər Əhmədinejadın seçimini sual altına ala bilər. Belə ki, onlar namizədlərin təcrübəsizliyini önə çəkir.

Qanunvericilərin prezidentin 20 nəfərlik seçimini təsdiq etməyəcəyi gözlənilir. Iran konstitusiyasına əsasən prezident and icdikdən sonra iki həftə ərzində kabinetini təşkil, kabinet üzvləri isə parlamentin təsdiqini əldə etməlidir.


XS
SM
MD
LG