Accessibility links

Mərkəzi amerikalıların ABŞ-a gəlmə macəraları


Tənəzzül nəticəsində Amerika iqtisadiyyatının yeni iş yerləri yaradılmasında problemlərlə üzləşməsi ilə Mərkəzi Amerikadan şimala uzun səfər edənlərin sayı hazırda ən aşağı səviyyəyə düşüb. Ancaq Amerikanın səsinin müxbiri Brent Latamın Meksiya ilə Qvatemala sərhədində göndərdiyi reportajda deyilir ki, orada çoxları hələ də daha yaxşı həyat sürmək üçün həyatlarını təhlükəyə atır.

Qvatemala ilə Meksika sərhədində miqrantların təhlükəsiz evində 12-dan çox Mərkəzi Amerikalı səfərə çıxmağa hazırlaşır. Səhər yeməyini yenicə bitirib. Ehtimal ki, bu, onların qarşıdakı bir neçə gün ərzində sonuncu bütöv yemək süfrəsi olacaq. Onlar yaxınlıqdakı çayı keçərək Meksika vasitəsilə Şimala üz tutacaq. Hazırlıqlar bitməmişdən əvvəl evin sakini sosial işçi miqrantlara bir daha onları gözləyən təhlükələri xatırladır.

O, mərkəzi Amerikadan Şimala gedən yolu izah edərək deyir ki, 2 yaşlı uşaq və 3 qadının da daxil olduğu bu qrupu qarşıda oğrular və hətta vəhşi heyvanlar gözləyə bilər.

Yollarda rast gəlinən ciddi təhlükələrlə və Birləşmiş Ştatlarda 2008-ci ilin maliyyə böhranı ilə başlayan son 10 ilin ən pis işsizlik səviyyəsi ilə bu təhlükəsi səfərlərin sayı ən aşağı səviyyəsinə düşüb. Buna baxmayaraq, çoxsaylı miqrant Siudad İdalqodakı Meksikanın sərhəd postu olan Tekun Uman vasitəsilə ölkəyə girməkdə davam edir.

Belə insanlardan biri Salvadordan olan Hose deyir ki, o, ABŞ-dan 4 dəfə deportasiya olunub. Öz ölkəsindəki işsizlikdən və Birləşmiş Ştatlarda potensial gəlirdən motivasiya alan Hose üçün bu 5-ci səfər olacaq: "Hər dəfə mən ABŞ-a gedəndə cibim boş olur. Həmişə belə olub. Mən Salvadordan gəlmişəm. ABŞ-da olanda mən, öz ölkəmdə ev almışam. Amma indi mən bir ildir ki, işsizəm. Hazırda vəziyyətim çox ağırdır".

Sərhədi keçən digər miqrantlar kimi Hose də deyir ki, o, ABŞ-da iqtisadi vəziyyətin pis olduğunu anlayır.

Tekun Umandakı sakinləri çoxu buradan keçən insanların sayının azaldığını müşahidə edir. Adrian Mendez bu şəhərdə 20 ildir ki taksi sürücüsü işləyir. Mendez deyir ki, o, son bir neçə ildə qeyri-qanuni mühacirətlərin sayının azaldığını düşünür. O buna səbəb kimi, Meksiyada sərhəd nəzarətinin güclənməsini və Suidad İdalqodan şimala gedən dəmir yollarının qasırğa nəticəsində dağılmasını da göstərir.

ABŞ-a ikinci dəfə keçməyə çalışan digər El-Salvadorlu Xuan deyir ki, o, ABŞ-a tapacağı hər hansı bir iş El Salvadordakı işdən qat-qat yaxşı olacaq: "Unutmayın Mərkəzi Amerikada vəziyyət ağırdır. Başa düşürəm ABŞ-da da vəziyyət qənaətbəxş deyil. Ancaq bunu Mərkəzi Amerika ilə müqayisə etmək olmaz. Heç vaxt. Bilirəm orada vəziyyət ağırdır, amma mənim ölkəmdəki kimi deyil".

PEW Araşdırma Mərkəzinin təxminlərinə görə, ABŞ-da qeyri-qanuni işçilərin sayı 2007-ci ildə ən yüksək həddə təxminən 20 milyona çatmışdı. Bu göstəricinin 10 faizindən çoxunun Mərkəzi Amerikalılara məxsus olduğu ehtimal edilir.

Tədqiqatçılar deyir ki, Bİrləşmiş Ştatlardakı qeyri-qanuni mühacirlər əhalinin sayı son iki ildə azalmağa başlayıb. Onlar bunu 18 ay davam edən iqtisadi tənəzzülə bağlayır.
XS
SM
MD
LG