Accessibility links

İran yeni silah sistemi yaradıb


İranın hərbi komandiri deyir ki, İran radara düşməyən raketləri tuta bilən silah sistemi yaradıb. İran mətbuatının hava müdafiə komandiri general Əhməd Miqaniyə istinadən bildirdiyinə görə, indi belə raketləri həm tutmaq, həm də vurmaq mümkün olacaq. İranın nüvə proqramını artan təhlükə kimi görən İsrail İranın nüvə obyektlərinə hərbi hücumu istisna etmirdi. İran isə təkidlə bildirir ki, nüvə proqramı elektik enerjisi əldə etmək üçündür. Keçən ay İran Beynəlxalq Atom Enerji Agentliyindən Tehranın nüvə obyektlərinə hərbi hücumları qadağan etməsini istəmişdi.
XS
SM
MD
LG