Accessibility links

Dmitri Medvedyev 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etmir


Rusiya prezidenti Dmitri Medvedyev Qərbin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi imkanını açıq qoyub. Prezident deyib ki, indiyədək sanksiyalar effektiv olmayıb, lakin bəzi hallarda onlara ehtiyac duyulur.

Moskvada bir qrup beynəlxalq əlaqələr üzrə ekspertlə görüşü zamanı Rusiya prezidenti 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib. Keçən il prezident seçilən Medvedyev hazırkı baş nazir Vladimir Putini əvəz edib. Keçən həftə Putin Medvedyevə rəqib olmadığını, lakin 2012-ci il prezident yarışlarına qatıla biləcəyini deyib.

XS
SM
MD
LG