Accessibility links

Respublikaçılar Demokratların səhiyyə planını tənqid edir


Respublikaçılar prezidentə həftəlik cavab müraciətində Obama administrasiyasının təklif etdiyi səhiyyə islahatları planının Amerika səhiyyə sistemini tibb sektoruna hökumətin nəzarət etdiyi Britaniya və ya Kanadaya oxşadacağını bəyan edib. Şimali Karolinadan konqresmen Syu Mirik xəbərdarlıq edib ki, Demokratların Konqresə təqdim etdiyi qanun layihəsi tibbi xidmətlərin yubanmasına və ya daha pis fəsadlara gətirib çıxaracaq. Özünün xərçəng xəstəlyindən və xəstəkiyin tələb etdiyi mürəkkəb müalicədən danışan xanım Mirik bildirib ki, əgər o, hökumətin tibbi xidmət göstəridiyi Kanada və ya Britaniyada yaşasaydı, vaxtında müalicə oluna bilməzdi.
XS
SM
MD
LG