Accessibility links

İsrail və Fələstin liderləri gələn həftə prezident Obama ilə görüşəcəklər


ABŞ prezident Barak Obama gələn həftə Nyu Yorkda İsrail və Fələstintinlilərin liderləri ilə görüş keçirəcək. Görüşün əsas məqsədi tərəflərin sülh danışıqlarına yenidən başlamasına mane olan İsrailin yaşayış məntəqələrinin inşası məsələsi ətrafında yaranmış vəziyyəti həll etməkdir.

İsrail və Fləstinlilərin liderləri prezident Barak Obamanın BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində çərşənbə axşamı üçtərəfli görüş keçirilməsi haqda təklifini qəbul etdiklərini bildirirlər.

Cənab Obama əvvəlcə İsrailin baş naziri Benyamin Netanyahu və fələstinlilərin prezidenti Mahmud Asbbasla ayrı-ayrılıqda görüş keçirəcək.

Bu, Benyamin Netanyahu fevral ayında İsrailin baş naziri seçildikdən sonra onun Fələstinlilərin prezidenti Mahmud Abbasla ilk görüşü olacaq.

Sülh danışıqları İsrailin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası ilə əlaqədar dekabrda kəsilmişdi.

Birləşmiş Ştatlar və fələstinlilər yaşayış məntəqələrinin inşasının dondurulmasını tələb edirlər. İsrail isə İordan çayının qərb sahilində 3000 evin inaşasını davam etdirməyi, lakin yeni layihələrə başlamamağı təklif edir.

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Çorç Mitçell sülh səylərini canlandırmaq məqsədilə keçən həftə regiona səfəri zamanı altı gün ərzində danışıqlar aparmış, lakin Vaşinqtona əliboş qayıtmışdı.

İndi prezident Obama dalana dirənmiş bu vəziyyətdən çıxmaq üçün bütün imkanlardan istifadə etmək istəyir.

XS
SM
MD
LG