Accessibility links

Los Anjelesdə Amerika televiziyasının ulduzlarına Emmi mükafatları təqdim olundu


Los Ancelesdə Amerikada ən yaxşı televiziya filmləri və şoularına verilə Emmi mükafatlarının təqdimatı mərasimi olub.

Emmi mükafatları hər il televiziyada ən yaxşı proqramlar, əyləncə şouları və televiziya filmlərinin yaradıcılarına verilir.

İranlı amerikalı aktrisa Şöhrə Ağdaşlu “House of Saddam”, “Səddamın evi” tele-filmində ifa etdiyi rola görə ən yaxşı tərəfmüqabil kateqoriyasında Emmi mükafatına layiq görülüb.

Avstraliyalı aktrisa Toni Kolet isə “United States of Tara”, “Tara Birləşmiş Ştatları” komediyasında baş rola görə ən yaxşı aktrisa kateqoriyasında mükafat alıb.

Holivudun bir sıra filmlərində çəkilmiş aktyor Alek Baldvin bu dəfə tele-ekranda roluna görə mükafatlandırılıb. O, komediya janrında çəkilmiş “30 Rock” tele-serialında ifa etdiyi rola görə ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında Emmi mükafatı alıb. 30 dəqiqəlik şou həm də Amerika tleviziyasında komediya janrında çəkilmiş ən yaxşı film kimi mükafatlara layiq görülüb.

Xəbər proqramlarının populyar təqlidiçisi olan “The Daily Show with Jon Stewart” (“Con Stüartla gündəlik şou”) proqramda musiqi və zarafatlara görə Emmi mükafatı alıb.


XS
SM
MD
LG