Accessibility links

Hondurasda kommendant saatına müvəqqəti fasilə verilib


Hondurasda kommendant saatına müvəqqəti fasilə verilib. Qadağa saatının məqsədi sabiq prezident Manuel Zelayanın gözlənilmədən ölkəsinə qayıtması ilə baş qaldıran qarşıdurmalara mane olunmasıdır. Hakimiyyətdən salınan prezident Manuel Zelayanın sığınacaq tapdığı Braziliyinın o ölkədəki səfirlyi əsgərlər tərəfindən mühasirədə saxlanılır.Hondusraın müvəqqəti prezidenti Roberto Miçeletti hökuməti Manuel Zelayanı həbsə məhkum etmək istəyir.

Zelayanın tərəfdarlarının şəhərdə toplaşmasının qarşısı alınır. Polis etirazçılara qarşı gözyaşardıcı qazadan istifadə edib. Qiyam polisi ilə Zelayanın tərəfdarları arasındakı toqquşma nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

BMT-nin Baş Assambleyasının Nyu-York sessiyası zamanı Latın Amerikası ölkələrinin liderləri Zelayanın hakimiyyətə qaytarılmasına çağırıb. ABŞ və Braziliya ölkədə sakitliyə, qarşıdurmalara yol verilməməsi üçün ölçülər götürülməsinə səsləyir.

XS
SM
MD
LG