Accessibility links

Tailandda BMT-nin iqlim dəyişikliyinə dair konfransl keçirilir


Dünyanın 177 ölkəsindən 4 mindən artıq nümayəndənin iştirak etdiyi danışıqların əsas məqsədi istixanə qazları tullantılarının azaldılması yolları ilə bağlı mövcud fikir ayrılıqlarını aradan qaldırmaqdır.

Sənayesi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr artıq iki ildir dekabr ayında Kopenhagendə danışıqlar üçün çərçivə planının hazırlanması ətrafında razılığa gələ bilmir.

BMT-nin iqlim agentliyinin başçısı İvo de Boyer nümayəndələrə deyib ki, hələ də vaxt var, lakin indi hərəkətə keçmək lazımdır.

Bir çox ölkələr istixanə qazları tullantılarını azaltmağa söz verib. Lakin onlar 1990-cı illərin səviyyəsilə müqayisədə tullantıların həcmini 25 faizdən 40 faizə qədər azaltmaq kimi məqsədə nail ola bilməyiblər.

Ən ambisiyalı plana malik olan Avropa İttifaqı qarşıya tullatınların həcmini 40 faiz azaltmaq kimi məqsəd qoyub. Yaponiyanın hədəfi 25 faizdir.

XS
SM
MD
LG