Accessibility links

Filippində fövqəladə vəziyyət elan edilib


Filippin prezidenti Gloria Arroyo son günlər güclü qasırğalara məruz qalan ölkədə fövqəladə vəziyyət elan edib. Parma tufanı şənbə günü 200 km-saat sürətlə Filippinin şərq sahillərini təsirinə məruz qoyub. Prezident Arroyo 6 vilayətin sakinlərinin evakuasiyasına və fəlakətə cavab məqsədi ilə hökumət fondlarından vəsait ayrılmasına göstəriş verib.

Parma ötən həftə Ketsana tufanının yaratdığı daşqınları daha da ağırlaşdıracağı barədə xəbərdarlıq verilib. Ketsana son 40 ildə Filippində ən güclü daşqınlara və 400-dən artıq adamın ölümünə səbəb olub. Parma tufanının müvəqqəti sığınacaqlarda qalan 700000-dən artıq insanın vəziyyətini daha da ağırlaşdıracağı deyilir.

XS
SM
MD
LG