Accessibility links

İki amerikalı və bir israilli alim kimya üzrə Nobel mükafatı aldılar


İki amerikalı və bir israilli hüceyrələrin protein ifraz edən hissəslərinin strukturunu sxemləşdirikdlərinə görə kimya üzrə Nobel mükafatına layiq görülüblər.

Amerikalılar Venkatraman və Tomas Steytz və İsrail vətəndaşı Ada Yonas İsveç Kral Elmlər Akademiyasının verdiyi 1.4 milyon dollarlıq mükafatı bölüşdürəcəklər.

Alimlər rentgen kristalloqrafiya metodundan istifadə edərək ribosomu təşkil edən yüz minlərlə atomların mövqelərini dəqiqləşdiriblər.

Akademiya deyir ki, onların əməyi müxtəlif xəstəliklərin antibiotiklər vasitələrlə müalicəsinə kömək edib.

Alimlər dekabrın 10-da Stokholmda mükafatın təqdimat mərasimində iştirak edəcək və diplom alacaqlar.

XS
SM
MD
LG