Accessibility links

Rusiyanın Qafqaz regionunda gərginliklər davam edir


Rəsmilərin bildirdiyinə görə, Rusiyanın Qafqaz regionundakı Çeçenistanla sərhəddə baş verən bomba partlayışları nəticəsində yaraqlı olmaqda şübhəli bilinən iki nəfər ölüb. Dağıstan polisi keçən gecə Dərbənd şəhərindəki partlayış zamanı adının açıqlanmadığı bir şəxsin həlak olduğunu bildirib. Polis partladılması nəzərdə tutulan bombanın həmin şəxsin əlində təsadüfən partladığını güman edir. İkinci partlayış isə Çeçenistanın qərbindəki İnquşetiya respublikasının Nazran şəhərində maşında baş vermiş və sürücü həlak olmuşdur. Dağıstanın hökumət rəsmiləri keçən gecə polislə atışma zamanı iki nəfərin öldüyünü xəbər verirlər.Ölənlərdən birinin yaraqlı olduğu deyilir.

XS
SM
MD
LG