Accessibility links

Vladimir Putin iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məqsədi ilə Çinə səfər edib


Rusiyanın baş naziri Vladimir Putin iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məqsədi ilə Çinə səfər edib. Çinə baş nazir kimi ilk rəsmi səfəri zamanı Rusiyanın hökumət başçısının bir sıra razılıqlar imzalayacağı gözlənilir.

Çin artmaqda olan iqtisadiyyatını Rusiyadan daha artıq neft və qaz idxal etməklə inkişaf etdirməyə çalışır. Rusiyanın isə Çinin enerji sektoruna əlavə vəsait ayırmaqla yanaşı, Avropanın azalmaqda olan təlabatı qarşılığında Çinə daha artıq neft və qaz satmağa ehtiyacı var.


XS
SM
MD
LG