Accessibility links

Dağlıq Qarabağ problemi ABŞ və Rusiyanın diqqətindədir


Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Ermənistan üçbucağının yaranacağına əmindir. Onun fikrincə. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması proses Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə paralel aparılacaq. Bu proseslər bir-biri ilə sız bağlıdır və biri digərini tamamlayır. Belə ki, regionun təhlükəsizlik arxitekturası cızılanda Cənubi Qafqazda bütün münaqişələr nəzərə alınacaq.
Politoloq Türkiyə və Ermənistan parlamentlərinin yaxın zamanlarda imzalanmış protokolları təsdiq edəcəyinə inanır. Amma ola bilər ki, buna qədər dünya birliyi diqqəti daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yönəltsin. “Rusiya-Gürcüstan müharibəsi regionda yeni siyasi situasiya yaradıb. Artıq dünya dərk edir ki, münaqişələr həll edilmədən qala bilməz. ABŞ və Rusiyanın bu proseslərdə paralel iştirakı problemlərin həllinə ciddi təkan verəcək”.

XS
SM
MD
LG