Accessibility links

BMT Qəzza müharibəsi haqda hesabatı təsdiq etdi


BMT qurumu bu yaxınlarda Qəzzada baş vermiş münaqişə zamanı İsrail və fələstinliləri müharibə cinayətləri törətməkdə ittiham edən hesabatı səs çoxluğu ilə təsdiq edib. BMT İnsan Hüquqları Şurası tərəfindən aparılan araşdırma hər iki tərəfi 6 ay ərzində təhqiqatlar aparmağa çağırır. Əks təqdirdə məsələ Haaqada Beynəlxalq Cinayət Məhkəməsinə ötürüləcək. Hesabatda deyilir ki, ötən dekabr və yanvar aylarında baş verən döyüşlərdə İsrail mülki vətəndaşların qorunması üçün kifayət qədər tədbir görməyib. Sənəddə həmçinin deyilir ki, fələstinli militantlar mülki vətəndaşlara xətər yetirmək üçün İsraili raket və minamyot atəşinə tutublar. İsrail deyir ki, onun hücumuna səbəb məhz bu növ hücumlar olub. Üç həftəlik əməliyyat zamanı 1300 fələstinli və 13 israilli həlak olub.
XS
SM
MD
LG