Accessibility links

Tehranda polislə müxalifət tərəfdarları arasında qarşıdurma olub


Tehranda bu gün Birləşmiş Ştatlar səfirliyinə hücumun 30 illiyi qeyd olunan zaman müxalifət nümayəndələri ilə polis arasında qarşıdurma baş verib. Şahidlərin dediyinə görə, polis Tehranın küçələrində Mir Hüseyn Musəvini dəstəkləyən yüzlərlə insana qarşı gözyaşardıcı qazdan istifadə edib. İyun ayının seçkilərində qalib gələn prezident Mahmud Əhmədinejada qarşınümayişçilərın “diktatora ölüm” kimi şüarlar səsləndirdikləri deyilir. Tehrandakı ABŞ səfirliyinin bağlı olduğu, lakin səfirliyin qarşısına minlərlə anti-amerika təmayüllü insanların toplaşdığı bildirlir.

Xatırladaq ki, 30 il bundan əvvəl ABŞ səfirliyinə edilən hücumu və oradakı 52 amerikalının 444 gün girov saxlanmasını bu gün iranlılar nümayişlərlə qeyd edirlər. ABŞ prezidenti Barak Obama deyib ki, bugünkü günü bayram edən İran xalqı fikirlərini ya keçmişə yönəltməli, ya da onun sözləri ilə “gələcəyə gözəl imkanlar üçün qapılar açmalıdırlar.”

Tehranda bu gün Birləşmiş Ştatlar səfirliyinə hücumun 30 illiyi keçirilən zaman müxalifət nümayəndələri ilə polis arasında qarşıdurma baş verib. Şahindlərin dediyinə görə, polis Tehranın küçələrində Mir Hüseyn Musəvini dəstəkləyən yüzlərlə insana qarşı gözyaşardıcı qazdan istifadə edib. İyun ayı seçkilərində qalib gələn prezident Mahmud Əhmədinejada qarşı nümayişçilərın "diktatora ölüm" kimi şüarlar səsləndirdikləri deyilir. Tehrandakı ABŞ səfirliyinin bağlandığı, lakin səfirliyin qarşısına minlərlə anti-amerika təmayüllü insanın toplaşdığı bildirlir.

Xatırladaq ki, 30 il bundan əvvəl ABŞ səfirliyinə edilən hücum və oradakı 52 amerikalının 444 gün girov saxlanmasını bu gün iranlılar nümayişlərlə qeyd edirlər.

ABŞ prezidenti Barak Obama isə deyib ki, bugünkü günü bayram edən İran xalqı fikirlərini ya keçmişə yönəltməli, ya da onun sözləri ilə " gələcəyə gözəl imkanlar üçün qapılar açmalıdır".

XS
SM
MD
LG