Accessibility links

Respublikaçılar qubernator yarışlarında qalib çıxdı


Respublikaçı və Demokrat Partiyalarının liderləri iki qubernator yarışlarının nəticələrinə təsiri olan faktlarla razılaşmır. Respublikaçıların Milli Komitəsinin sədri Maykl Stil Virciniya ştatında respublikaçı namizədin qələbəsini seçicilərin prezident Obamanın liberal siyasətindən yorulduğuna işarə adlandırıb.
Demokratların Milli Komitəsinin sədri, Virciniya ştatının hazırkı qubernatoru Tim Keyn seçkilərin nəticələrinin milli əhval-ruhiyyədən qaynaqlanmadığını deyib. Keyn bildirib ki, prezident Obamanın Virciniya və Nyu Cersi ştatlarında reytinqi 2008-ci il seçkilərində əldə etdiyi səslərdən daha yüksəkdir. Virciniya ştatında qubernator seçkilərində respublikaçı Bob Makdonnel, Nyu Cersidə isə respublikaçı Kris Kristi qələbə qazanıb.


XS
SM
MD
LG