Accessibility links

Israil BMT-nin qətnaməsinə etirazını bildirib


Israil fələstinlilər və İsraili ötən il Qəzza münaqişəsi zamanı yol verilən müharibə cinayətlərinə görə günahlandıranhesabatla bağlı BMT-nin təsdiq etdiyi qətnaməyə etirazını bildirib.Israilin Xarici İşlər Nazirliyininbəyanatında qətnamənın realalılqdan tammailə uzaq olduğu deyilir.

BMT-nin Baş Assambleyasını Riçard Qoldstonun hesabatını dəstəkləyən qətnamə ilə bağlı səsvermə keçirib. Sənəd 114 ölkənin dəsətəyini əldə edib. ABŞ daxil edilməklə, 18 ölkə qətnamənin əleyhinə səs verib, 44 ölkə isə bitərəf qalıb.

Goldston hesabatında İsrailin hədsiz gücdən istifadə etdiyi, qəsdən mülki vətəndaşları hədəf aldığı və mülki infrastrukturu məhv etdiyi deyilir. Sənəddə Fələstinin silahlı qruplaşmaları mülki vətəndaşları hədəf almaqla yanaşı, raket hücumları ilə İsrailin cənub bölgələrində terror aksiyaları həyata keçirməkdə ittiham edilir.

XS
SM
MD
LG