Accessibility links

APEK ölkələri iqtisadi durumdan narahatlıqlarını bildirir


Asiya-Sakit okeanı ölkələrinin İqtisadi Əməkdaşlıq Forumunun üzvləri hazırladıqları bəyanatda region hökumətlərinin iqtisadiyyatın bərpasına dair işarələrin olmasına baxmayaraq, iqtisadi durumdan hələ də narahat olduqlarını bildiriblər.

Müxbirlər üçün açıqlanan bəyanatda üzv ölkələrin iqtisadiyyatın bərpasına dair ciddi işarələr olana qədər iqtisadi yardım paketlərini qüvvədə saxlayacaqları deyilir. Sənəddə bildirilir ki, APEK ölkələri iqtisadiyyatın bərpası istiqamətində siyasətlərini davam etdirəcəklər.

Birləşmiş Ştatlar və Çinin də daxil olduğu 21 ölkənin üzv olduğu forumun iştirakçıları noyabrın 14 və 15-də Sinqapurda görüşərək iqtisadi bərpa, ətraf mühit problemləri və azad ticarət kimi bir sıra məsələləri müzakirə edəcəklər.

Bəyanatda həmçinin vasitəçilər 2010-cu ilə qədər azad ticarətə dair danışıqları başa çatdırmağa çağırır.




XS
SM
MD
LG