Accessibility links

ABŞ prezidenti Fort Hud hərbi bazasında öldürülənlərin anım mərasiminə qatılıb


ABŞ prezidenti Barak Obama keçən həftə Fort Hud hərbi bazasında öldürülən 13 nəfərin xatirəsi anılan mərasimə qatılır. Prezidentlə birinci xanım Mişel Obama qurbanların ailə üzvləri ilə görüş keçirməlidir.

ABŞ dövlət başçısı bundan əlavə yaralı əsgərlərə baş çəkməli, onların ailə üzvləri ilə görüşməlidir. Anım mərasiminə 3000-dən artıq insanın toplaşacağı təxmin edilir.

Açdığı atəş nəticəsində ordu həkimi, psixiator, mayor Nidal Malik Həsən 13 nəfəri öldürüb, 31-ni isə yaralamışdı.

XS
SM
MD
LG