Accessibility links

Amerika məktəblərində əl yazısından istifadə


Tenesi ştatının Nəşvil şəhərindəki Vanderbilt universitetinin professoru Stiv Qraham deyir ki, o, son 15 ildə əl yazı metodunun öldüyünü eşidir. Bəs görəsən bu, hələ də məktəblərdə öyrədilirmi? Stiv Qraham: “Əgər bu il açıqlanan sorğu dəqiqdirsa, demək olar ki, 1-3-cü siniflər arasında müəllimlərin 90 faizi bu yazı metodunu tədris edir.”

90 faiz müəllim isə deyir ki, onlardan əl yazısını öyrətməyi tələb edirlər. Ancaq hələ də araşdırmalar bunun hansı səviyyədə tədris olunması sualına cavab tapa bilmir. Professor Qraham deyir ki, bu il dərc edilən bir araşdırma göstərir ki, hər 4 müəllimdən 3-ü əl yazısının tədrisinə hazırlanmır: “Bəzi müəllimlər var ki onlar gün ərzində 10, 15 dəqiqə, bəziləri isə 60 -70 dəqiqə ayırmaqla əl yazısını tədris edir”.

Orta nəslin nümayəndələri xatırlayır ki,onlar nece hərfləri dəfələrlə yaza-yaza bunu öyrənirdilər. Bugünün düşüncəsi isə belədir ki, qısa müddətli təcrübə daha yaxşıdır. Bir çox ekspert habelə düşünür ki, əl yazısı öz-özünə öyrədilməməlidir. Bunun əvəzində isə onlar deyir ki, bu metod, şagirdlərə öz fikirlərini izhar etmək üsulu kimi öyrədilməlidir.

Professor Qrahamın sözlərinə görə, əl yazısı iki bacarıq tələb edir. Onlardan biri aydınlıqdır. Bu, hərflərin oxuna bilən yazılası deməkdir. O birisi isə səlistlikdir. Bu isə hərfləri düşünmədən yazmaqdır. Professor deyir ki, səlistlik yuxarı siniflərədək təkmilləşməyə davam edir.
Ancaq hamı hüsn xəttə malik olmur. Müəllimlər çox zaman deyir ki, şagirdlərinin 4-dən biri səlist yazıya malik olur. Bəziləri isə computer və səs tanıma proqramları səbəbilə əl yazısının vacib olmadığını düşünə bilər.

Ancaq Stiv Qrahamın sözlərinə görə, ibtidai sinifdə nadir hallarda komputerdən istifadə olunur. O deyir ki, hətta yuxarı siniflərdə də tapşırıqların 50 faizdən aşağısı komputerlərlə yazılır. Belə ki, məktəbdə də yazı tapşırıqlarını çoxu əl yazısı ilə həyata keçirilir.

Amerikalı uşaqlar adətən əvvəlcə hərfləri çap şəkilli yazmağı öyrənir. Bundan sonra isə hərflərin bitişik yazısı öyrədilir.

XS
SM
MD
LG