Accessibility links

Əfqanıstanda itkin düşmüş ABŞ əsgərinin cəsədi tapılıb


NATO bildirir ki, dalğıclar keçən həftə Əfqanıstanda itkin düşən 2 ABŞ əsgərindən birinin cəsədini tapıb. Alyansın bu gün acıqladığı bəyanatda əfqan və beynəlxalq qüvvələrin digər itkin düşmüş əsgərin axtarışını davam etdirdiyi deyilir. ABŞ-ın iki əsgəri noyabrın 4-ü Türkmənistanla sərhəddə ucqar Badgis vilayətində itkin düşmüşdü. Vilayətin polis rəisinin müavini Əbdül Cabar deyib ki, əsgərlər havadan atılan təchizatla dolu qutuları sudan çıxarmağa çalışarkən su onları aparıb. Əsgərlərin axtarışı gedən zaman ərazidə 25 beynəlxalq və əfqan əsgər həlak olub. Bununla yanaşı, rəsmiləri deyir ki,Zabul vilayətində intiharçının NATO qoşunlarının yaxınlığında hücumu nəticəsində 2 mülki vətəndaş həlak olub.
XS
SM
MD
LG