Accessibility links

ABŞ-da təhsil alan xarici tələbələr təcrübələrini bölüşür


Bu il Amerika ilə tədris ocaqlarında 26 min beynəlxalq tələbə təhsil alır. Bir neçə gün əvvəl Amerikaya avqust ayında gələn 4 tələbə ilə bu günə kimi əldə etdikləri təcrübələri müzakirə etdik. Bu tələbələrdən biri Vaşinqton şəhəri yaxınlığındakı Farifax Qraflığında dövlət universitetində təhsil alır.Cohanna Almaniyadandır: “Mənim üçün ən böyük fərq müəllimlə münasibətlərdir. Çünki burada müəllim adamla dost kimi rəftar edir, Almaniyada isə onlar valideyn kimi tələbkardırlar”.

Bəs başqa fərq nədir? Amerika universitetlərində otaqları yalnız tələbələr dəyişir. Cohanna və Daniel müəllimləri otaqları dəyişdiyi tədris ocaqlarından gəlib. Daniel ölkəsindəki fərqdən danışır: “Avstriyada adətən bir qrupun bütün tələbələri eyni otaqda dərs keçir. Bu bizə onlarla yaxın dost olmaq imkan verir. Çünki biz bir-birimizi 4 il tanıyırıq

Türkiyədən gələn Hande Kolorado ştatının Denver ştatında yerli ailədə yaşayır. O deyir ki, Türkiyə məktəblərində tələbələrin seçim şansı azdır: “Dərslərini özün seçə bilməzsən. Və təyin olunan dərslərdən heç birindən imtina etmək şansın yoxdur”

O deyir ki, Türkiyə tədris ocaqları həm də daha rəsmidir: “Müəllim sinfə daxil olanda sən ayağa qalxmalı və onu salamlamalısan. Müəllim sinfə girəndə salam uşaqlar deyir, bütün sinif isə birağızdan ona cavab verməlidir. Belə hərəkətlər burada edilmir.”

Bəs görəsən təhsil səviyyəsində nə fərq var? Hande hazırda tələbələri universitetə hazırlayan Yüksək Dərəcəli 3 Kurs götürür: “Bu kurslar həqiqətən çətin olur və onlar adamı öyrənməyə məcbur edir. Ancaq müntəzəm dərslər Türkiyədəkindən aşağı səviyyədədir”

Roza bakalavr dərəcəsi Amerikadakı kimi 4 deyil, 5 il təhsil tələb olunan ölkədəndir: “İtaliyada biz dərsə yalnız səhərlər gedirik və yalnız tədris üçün.Universitetdə başqa heç bir fəaliyyətlə məşğul ola bilməzsən. Əgər biz nəsə etmək istiyiriksə, onu məktəbdən kənarda etməli və ya özəl məktəblərə və assosiasiyalara qatılmalısan”.

O deyir ki, digər tərəfdən fəaliyyət üçün başqa bir yerə getmək o qədər də pis şey deyil.

XS
SM
MD
LG