Accessibility links

ABŞ prezidenti Əfqanıstan qərarı ilə bağlı tənqidləri cavablandırıb


ABŞ prezidenti Barak Obama deyir ki, o, tezliklə Əfqanıstana əlavə qüvvə göndərmək haqda qərar qəbul edəcək. O, əlavə edib ki, qərarən verilməsində ləngimə ondan irəli gəlir ki, prezident sonda düzgün nəticəyə gəlmək istəyir. Tokyoda Yaponiya baş naziri Yukio Hatoyama ilə keçirdiyi birgə mətbuat konfransında qərarın verilməsində tərəddüd etdiyinə görə tənqidlərə məruz qalan administrasiyasını müdafiə edib. Obama ABŞ Əfqanıstan siyasətini Amerikanı terror şəbəkəsindən qorumaqla izah etsə də ölkəsinin Əfqanıstan barədə öhdəliklərinin qeyri müəyyən müddət üçün nəzərdə tutulmadığını vurğulayıb. Obama və Hatoyama yeni Yaponiya liderinin ofisində bir saat keçən danışıqlardan sonra iki ölkə arasında uzun sürən ittifaqın möhkəmləndiriləcəyini vəd ediblər. Cənab Hatoyama ABŞ prezidenti ilə iqlim dəyişikliyindən tutmuş nüvə silahlarının yayılmaması kimi müxtəlif sahələrdə əməkdaşlıq edəcəyini bildirib.
XS
SM
MD
LG