Accessibility links

BMT-nin nüvə agentliyinin müfəttişləri İranın nüvə obyektinə bir daha baş çəkiblər


Diplomatların bildirdiyinə görə, BMT–nin nüvə agentliyinin müfəttişləri İranın uran zənginləşdirilən nüvə obyektinə bu gün bir daha baş çəkiblər.

Beynəlxalq Atom Enerjisi agentliyi bundan öncə bildirmişdi ki, İran Qum şəhəri yaxınlığındakı nüvə obyekti haqda daha artıq məlumat açıqlamalıdır.

BMT müfəttişləri İran sentyabr ayında obyektin mövcud olduğunu ilk dəfə olaraq ictimaiyyətə açıqlayandan sonra keçən ay orada olmuşlar.

İran BMT Təhlükəsizlik Şurasının üçüncü radun sanksiyalarına baxmayaraq, uranın zənginləşdirilməsi sahəsində fəaliyyətlərini dayandırmayıb.

Avropa İttifaqının rəsmiləri bildiriblər ki, Təhlükəsizlik Şurasının beş üzvü, Britaniya, Fransa, Çin, Birləşmiş Ştatlar, üstəgəl Almaniyanın nümayəndələri cümə günü Brüsseldə görüşərək İranın nüvə proqramını müzakirə edəcəklər.

ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar İranın beynəlxalq ictimiayyətin təklifinə cavab verməməsinin nəticələrini tərəfdaş ölkələrlə müzakirə etməyə başlayıb.

XS
SM
MD
LG