Accessibility links

Pakistanın nüvə arsenalına nəzarət baş nazirə həvalə olundu


Pakistan prezidenti Asif Əli Zərdari ölkəsinin nüvə arsenalına nəzarəti baş naziri Yusuf Raza Gilaniyə tapşırıb. Prezidentin sözçüsü Fərhadullah Babır dünən gecə bildirib ki, ölkənin nüvə silahları üçün məsuliyyət Milli Komandanlıq İdarəsinin nəzarətindən baş nazirin nəzarətinə havalə olunur. Pakistanda taliban yaraqlılarının zorakı hərəkətlərinin qarşısının alınmaması və iqtisadiyyatın geriləməsi prezident Zərdarinin reytinqini endirib. Təhlilçilər deyirlər ki, prezident Zərdari öz siyasi gələcəyini qorumaq üçün parlamentə daha çox səlahiyyət verməyə çalışır.

XS
SM
MD
LG