Accessibility links

İranın nüvə bəyanatları xalqa qarşı yönəlib


Politoloq Hüseyn Yurd İranın nüvə proqramının xalqın əleyhinə yönəldiyini bildirib. İranlı politoloq “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, İran nüvə proqramı barədə MAQATE-yə hesabat verməlidir. Çünki nüvə yanacağından hərbi məqsədlərlə istifadə üçün milyonlarla vəsait xərcləyir və bu vəsait xalqın sosial vəziyyətinin inkişafına yönəldilə bilər.
Politoloq İran islam rejiminin nüvə istehsalı barədə bəyanatlarını İran xalqı üçün təhlükə mənbəyi adlandırıb. Onun sözlərinə görə, İrana qarşı yönələn təhlükələrdən nəhayətdə xalq əziyyət çəkir.
Cənab Yurd deyib ki, İranın nüvə bəyanatlarından sonra Səudiyyə Ərəbistanı, Birləşmir Ərəb Əmirlikləri də nüvə proqramları barədə bəyanatlar verib. Bu isə regionda gərginliyin artacağından xəbər verir.

XS
SM
MD
LG