Accessibility links

İnquşetiyada jurnalisti qətlə yetirən polis zabiti həbs cəzasına məhkum edilib


Rusiyanın İnquşetiya respublikasının məhkəməsi keçən il müxalifət jurnalisti Maqomed Yevloyevi öldürən polis zabitini iki il müddətinə həbs cəzasına məhkum edib. Məhkəmə İbrahim Yevloyevi ehtiyatsızlız üzündən jurnalistin ölümünə səbəb olduğunu bildirib. Jurnalistin qohumları isə cəzanın çox yüngül olmasından şikayətlənərək, Avropa Məhkəməsinə müraciət ediləcəyini bildirir.

Maqomed Yevloyev İnquşetiya müxalifətinin Veb səhifəsinin təsisiçisi idi və o, polis zabiti tərəfindən başından güllə ilə vurularaq öldürülmüşdü. Təhqiqiat güllənin təsadüfən açıldığını göstərib. Jurnalistin qohumları isə onun qəsdən öldürülüdüyünü iddia edir.


XS
SM
MD
LG