Accessibility links

Harayın bu həftəki qonağı Məhəmməd Rza Ləvai: Musəvi hərəkatı  bizə yaxşı yanaşır, ancaq onlar öz istəklərini istəyir (audio)


Harayın bugünkü qonağı Məhəmməd Rza Ləvaidir. Təbrizdə anadan olan Ləvai Təbriz Universitetində fəlsəfə ixtisasına yiyələnib. Onun 12 cildlik kitabı işıq üzü görüb. Hazırda Bakıda yaşayan cənab Ləvai ilə “21 Azər Hərəkatının” İran Azərbaycanlıları üçün buraxdığı irs haqqında müsahibəni sizə təqdim edirik.

Sual: 21 Azər hərəkatının bu gün İranda fəlsəfi mənası nədir. Xalq üçün bu nə fəlsəfəsidir?

Cavab: Istiqamət olmayınca vətən və hətta mədəniyyət heç nədir. Ona görə də, biz həmişə 21 Azəri özümüzdə saxlamışıq.

Sual: 21 Azər həm də İranda bir Konstitusiya hərəkatı idi. Hazırda 21 Azərin nəzərdə tutduğu azadlıqlara nə dərəcədən nail olunub?

Cavab: İranda Azərbaycanlılara baxış fərqlidir. Hazırda populyarlaşan yaşıl hərəkat da azərbaycanlıları yetəri qədər nəzərə almır. Konstitusiyada dil azadlığı ilə bağlı bənd var. Mən təəccüblənirəm ki, universitetlərdə ermənilərin dili oxunur, amma azərbaycanlıların dili oxunmur. Böyük mənada desək yoxdur. Amma kiçik mənada müxalifət bəzən bizə yaxşı yanaşır. Məsələn Musəvi hərəkatı yaxşı yanaşır, ancaq onlar öz istəklərini istəyir.

Sual: İranda indiki vaxtda Pişəvərinin ideyaları geniş xalq kütlələri tərəfindən hələ də himayə olunurmu, yoxsa artıq onlara İran tarixində keçmiş bir dövrun ideyaları kimi baxılır?

Cavab: Söhbət kütlədən, xalqdan gedir. İndi burada hamı bilir ki, azərbaycanlılar bunu düşünüblər ki, din zəlil olub. Əslində din zəlil olmayıb. Dini diktatorluq, işgəncə və zorakılıqla zəlil ediblər. Xalq indi sizin dediyiniz düşüncələrə tərəf yönəlir. Şəriət-Mədari də deyirdi ki, dini siyasətdən ayıraq. İndi onun dinin siyasətdən ayrılması düşüncəsi insanlar arasında daha çox istənilir və yayılır. Pişəvəri Hərəkatının insanların haqları barədə düşüncəsi bütün beynlərdə qalmaqdadır .

Sual: Pişəvəri hərəkatının İran tarixində yeri nədir?

Cavab: Pişəvəri hərəkatına iki baxışdan nəzər yetirmək mümkündür. Bir farsların gözü ilə, bir də türklərin. Türklər buna çox yaxşı baxır, bu onların tarixi yaddaşıdır. Ancaq farslar, əksinə baxır.

Mövzuya uyğun

XS
SM
MD
LG