Accessibility links

İranda ruhani dissident vəfat etdi


İran mediası xəbər verir ki, qocaman ruhani dissident Ayətullah Hüseyn Əli Müntəziri vəfat edib. Haqsızlıqlara qarşı etiraz səsini ucaldan ayətulla dünən gecə Qum şəhərindəki evində həyatdan köçüb. Müntəzirinin 87 yaşı var idi. O, 1979-cu ildə baş verən İslam inqilabının liderlərindən biri idi və o vaxt güman edilirdi ki, inqilabın banisi Ayətulla Ruhulla Xomeyninin siyasi varisi olacaq. Lakin sonradan onların arasında ixtilaf düşdü. Müntəzirinin hazırkı rəhbərliklə də ciddi problemləri var idi və o, vaxtının çoxunu Qumda ev dustaqlığı şəraitində keçirirdi. İslahatpərəst ruhani İslam Respublikasının rəhbərliyini İslam adı altında ölkəni diktator kimi idarə etməkdə ittiham edirdi. O bundan bir neçə həftə əvvəl Ayətulla kimi verdiyi fətva ilə İran türklərinin mədəni hüquqlarını müdafiyə etmiş həmin hüquqların İranın əsas qanununda öz əksini tapdığını bildirmişdi. Bununla da Ayətulla Şəriətmədarinin ölümündən bəri birinci dəfə olaraq İranda bir Əyətulla azərbaycanlıların hüquqlarını açıq şəkildə və əsas qanuna istinadən müdafiyə etmişdi. Mərhum Ayətulla Müntəziri İran türklərinin hüquqları barədə verdiyi fətvadan sonra Amerikanın səsi Azərbaycan xidmətinə də e-mail vasitəsi ilə verdiyi müsahibədə o zamanda sözügedən fətvanın özünə məxsus olduğunu təstiq etmiş Amerikanın səsinin başqa suallarına da cavab vermişdi. Ayətulla Müntəziri müsahibəsində İran türklərinin öz hüquqları uğrunda mübarizə aparmalağa qanun və din cəhətdən hüquqları olduğunu söyləmişdi.

XS
SM
MD
LG