Accessibility links

Pakistanda Taliban əleyhdarı qəbilə başçısı qətlə yetirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, militantlar Əfqanıstanla sərhəd yaxınlığında Taliban əleyhinə mübarizə aparan kənd milisinin komandiri olmuş qəbilə başçısını qətlə yetiriblər.

Rəsmilər Gül Məhəmmədin başsız cəsədinin Bacaur rayonunda yol kənarında tapıldığını deyiblər. Rəsmilər bildiriblər ki, militantlar milisə qoşulanları eyni aqibət gözlədiyinə dair yazılı xəbərdarlıq qoyub gediblər.

Taliban şimal-qərb regionunda nəzarəti ələ almaq uğrunda mübarizədə hökumət tərəfdarı hesab edilən qəbilə başçılarına tez-tez hücum edir.

Pakistan qüvvələri Birləşmiş Ştatlardan gələn təzyiqlərə görə qəbilələrin yaşadığı ərazilərdə militantlara qarşı əməliyyatlar həyata keçirir.


XS
SM
MD
LG