Accessibility links

Çoxlu qərb dövləti İranda siyasi fəallara qarşı zorakılıqları qınayıb


Avropa Birliyi bu gün İranın “söz azadlığı və dinc yolla toplaşma hüquqlarından istifadə etməyə çalışan” insanlara qarşı zorakılıq işlətməsini pisləmişdir. Avropa Birliyinin isveçli prezidenti tərəfindən açıqlanan bəyanatda deyilir ki, İran öz xalqının hüquqlarına hörmət etməlidir.
Britaniyanın Xarici İşlər naziri David Miliband açıqladığı bəyanatda nümayişçilərin cəsarətinə yüksək qiymət vermişdir. O, bazaar günü baş vermiş zorakılıqları faciəli adlandıraraq demişdir ki, ölüm halları İran rejiminin nümayişlərlə necə rəftar etdiyini bir daha xatırlatdı. Almaniya kansleri Angela Merkel də öz növbəsində İranda nümayişlər zamanı baş verən qanlı hadisələri qınamışdır.

XS
SM
MD
LG