Accessibility links

Obama administrasiyasının təmsilçisi terror cəhdi iə bağlı kəşfiyyat agentliklərini müdafiə edir


ABŞ prezidenti Barak Obamanın əks terrorizm üzrə baş müşaviri deyir ki, Milad günü ABŞ-a gələn təyyarədə baş verən terror cəhdi ilə bağlı kəşfiyyat agentlikləri mühüm işarələri gözdən qaçırmayıblar. ABŞ telekanallarına müsahibə verən Con Brennan deyib ki, rəsmilərdə hücumlarda ittiham olunan nigeriyalı barədə əvvəlcədən məlumat var idi. Lakin terror qəsdi ilə bağlı bütün dəlillər ortada olmayıb. Ağ Ev müşaviri bildirib ki, 23 yaşlı Ömər Faruk Əbdülmütəlləb haqda kəşfiyyat məlumatının paylaşması ilə bağlı səhvlərə yol verilib. Cənab Brennan eyni zamanda əlavə edib ki, ABŞ agentlikləri informasiyanı bölüşməkdə tərəddüd göstərməyiblər.
XS
SM
MD
LG