Accessibility links

Birləşmiş Ştatlar Yəməndəki səfirliyini açdı


Birləşmiş Ştatlar Yəmən ordusunun təhlükəsizliyi təmin etmək məqsədilə keçirdiyi uğurlu əməliayylarından sonra Yəməndə iki gün bağlı saxladığı səfriliyini açmışdır. Birləşmiş Ştatların Sanadakı missiyası Yəmənin dünən şimalda əks-terrror əməliyyatları apararaq, xüsusi narahatlıq doğuran məsələləri ünvanladığını bildirib. Bunlara baxmayaraq, Yəmən hökuməti ölkədəki terrorizmin Amerikanın maraqlarına qarşı hələ də təhlukə olaraq qaldığı barədə xəbərdarlıq edib. Bu gün Britaniyanın Yəməndəki səfirliyi açılsa da, ictimai əlaqələr sahəsində fəaliyyətlər bərpa edilməyib.

Xatırladaq ki, Birləşmiş Ştatlar və Britaniya Əl-Qaidənin mümkün hücumlarından qorunmaq məqsədi ilə Yəməndəki səfirliklərini bazar günü bağlamışdı.

Yəmən dünən ölkənin şimalındakı Arhab regionunda terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı Əl-Qaidənin iki üzvünün öldürüldüyünü bildirib.

XS
SM
MD
LG