Accessibility links

Barak Obama ABŞ-ın terrorizm əleyhinə siyasətində islahatları açıqlamağa hazırlaşır


ABŞ prezidenti Barak Obama 25 dekabrda Amerika təyyarəsində hücum cəhdinin ardınca ölkəsinin terrorizm əleyhinə siyasətində islahatları açıqlamağa hazırlaşır. Cənab Obama yeni ölçüləri bu gün milli təhlükəsizlik komissiyasının üzvləri ilə görüşdən sonra bəyan edəcək. O, nigeriyalı şəxsin Northwest hava yolları şirkətinə məxsus təyyarədə partlayıcı maddəni işə salmaq cəhdini müzakirə etmək üçün rəsmiləri Ağ Evə dəvət edib. Prezident təhqiqatla bağlı son yenilikləri Federal Təhlükəsizlik Bürosunun direktoru Robert Müller və 23 yaşlı nigeriyalının məkhəmə işinə dair detallı məlumatı Baş prokuror Erik Holderdən əldə edəcək. Daxili Təhlükəsizlik naziri Canet Napolitano isə terrorçuların saxlanılması üsulları ilə bağlı hesabatı təqdim edəcək.
XS
SM
MD
LG