Accessibility links

ABŞ qanunvericiləri “Dul Cəriməsi” qanununa son qoyan qərar qəbul edib


Osserritta Robinson Yamaykadan Amerikaya gələndə 24 yaşında idi. Mehmanxanada işləyərkən o, Luis Robinsonu görür, ona aşiq olur və onunla ailə qurur: “O mənə evlənmək təklif etdi və mən qəbul etdim və qurtardı. Bir gün bu sona çatdı.”
8 ay sonra onun həyat yoldaşı Stəten Aylend bərə gəmisində işdən evə gələn zaman gəmi qəzaya uğrayır və digər 10 nəfərlə birlikdə Luis Robinson da ölür: “Həmin an şoka düşürsən. Düşünürsən ki, onunla yenicə ailə qurmuşdum, indi isə onu dəfn edirəm.”
Xanım Robinson həyat yoldaşını dəfn etdiyi vaxt başqa bir şok yaşamalı olur. Həyat yoldaşının ona sakinlik statusu səbəbilə sponsorluq üçün bütün lazimi sənədlərə imza atmasına baxmayaraq, onun ABŞ daimi sakini olmaq üçün verdiyi müraciət ərizələri ləğv edilir. Qanuna görə, həyat yoldaşın daimi sakin hesab edilməsi üçün cütlük ən azı 2 il ailəli olmalıdır.
İmmiqrasiya vəkili Cefri Feynblumun köməyi ilə Robinson Daxili Təhlükəsizlik Nazirliyini məhkəməyə verib: “Çıxarılan qərarla onun bütün qanuni statusları əlindən alındı. Xöşbəxtlikdən o, departasiya prosesinə salınmadı. Ancaq çoxları bu prosesə salınır. Onların işləməyə, səyahət etməyə, sürücülük vəsiqəsi almağa hüquqları olmur. Bu yaşamağın gərgin formasıdır”.
5 illik məhkəmə prosesləri və müxtəlif məhkəmələrə müraciətlərdən sonra Robinson qələbə qazandı. Oktyabrda ABŞ Senatı “Dul Cəriməsi” adlanan qanuna son qoyan yeni qərar qəbul etdi. Surviving Spouses Against Deportation qrupunun bildirdiyinə görə, ölçü ölkəyə qanuni daxil olan, ancaq sonradan həyat yoldaşlarının ölümü səbəbilə deportasiyaya məruz qalan 200-ə yaxın dul insana şamil olunacaq. Osserritta:
-Çox sevinirdim, fikirləşdim ki sonda buna nail oldum, amma bu sevinc hissi çox sürmədi. Çünki ardınca düşündüm ki, nə olsun?
Cefri Feynblum:
-Onlar ləğv olunmuş işləri yenidən açır və ümid edirik ki, yeni proses qanun çərçivəsində icra olunacaq.

Bu, Robinson üçün uzun mübarizə olsa da, onun səyləri hədər getmədi. İndi ABŞ İmmiqrasiya Bürosuna çağırılan Robinsonun müraciəti yeni qanunun müddəaları altında yenidən nəzərdən keçiriləcək.
XS
SM
MD
LG