Accessibility links

Ayətullah Xamenei təhlükəsizlik qüvvələrini nümayişçilərə qarşı daha ciddi ölçülər götürməyə çağırıb


İranın ali dini rəhbəri Ayətullah Xamenei təhlükəsizlik qüvvələrini hökumət əleyihə nümayişçilərə qarşı daha ciddi ölçülər götürməyə çağırıb.

Ayətullah Xamenei deyib ki, rəsmilər onun “rüşvətxor və üsyançı” adlandırdığı şəxslərə münasibətdə öz vəzifələrini yerinə yetirməlidirlər. Lakin onun sözlərinə görə, nümayişçilərə münasibətdə qanuna əməl olmalı və təhülkəsizlik qüvvələri özbaşına aksiyalara yol verməməlidir.

Ali dini rəhbər bu gün şiələrin müqəddəs Qum şəhərində ziyarətçilər qarşısında çıxış edib.

O bu açıqlamaları Mahmud Əhmədinejadın yenidən prezident seçildiyi mübahisəli iyun seçkilərindən sonra ən zorakı hadisələrin ardınca verir.

Keçən ay İranın təhlükəsizlik qüvvələri və müxalifət fəalları arasında toqquşmalarda səkkiz adam həlak olmuşdur.


XS
SM
MD
LG