Accessibility links

Xorvatiyada təkrar prezident seçkiləri keçirilir


Josipoviç solçu partiyalardan dəstək aldığı halda, Bandiç sağçılar tərəfindən dəstəklənir

Xorvatiyada keçən ay seçkilərin qalibi müəyyən edilmədikdən sonra bu gün təkrar prezident seçkiləri keçirilir.

Müxalif Sosial-Demokrat partiyasından namizəd İvo Yosipoviç müstəqil namizəd kimi seçkiyə qatılan Zaqrebin meri Milan Bandiçlə rəqabət aparır.

Dekabrın 27-də seçkinin birinci turunda hüquqşünas professor və bəstəkar olan Yosipoviçin səslərin üçdə birini alaraq birinci yerdə getdiyini göstərirdi.

Keçmiş sosial-demokrat olan Bandiç səslərin 15 faizini toplayaraq, ikinci yerə çıxmışdı. Namizədlərin heç biri o zaman səslərin lazım olan 50 faizini ala bilməyərək, təkrar seçkilərdə yenidən rəqabət aparmalı olmuşdur.

Josipoviç solçu partiyalardan dəstək aldığı halda, Bandiç sağçılar tərəfindən dəstəklənir

Bu günkü seçkilərin qalibi iki dəfə 5 il maksimum prezidentlik müddəti gələn ay bitən prezident Stipe Mesiçi əvəz edəcək.


XS
SM
MD
LG