Şimali Koreya Birləşmiş Ştatlarla sülh
danışıqlarına və dalana dirənmiş altıtərəfli nüvə silahlsızlaşdırılması
danışıqlarını bərpa etmək şərti kimi sanksiyaların ləğvinə çağırıb. Şimali
Koreyanın Xarici İşlər Nazirliyi bu gün açıqladığı bəyanatında deyib ki,
çoxtərəfli danışıqların bərpası ABŞ-la bağlanacaq sülh sazişindən asılı
olacaq.1950-ci ildən 1953-cü ilədək davam edən Koreya müharibəsinə atəşkəslə son qoyulsa da sülh sazişi imzalanmayıb. Bəyanatda habelə deyilir ki,
saziş ABŞ və Şimali Koreya arasında gərgin münasibətlərin əsl səbəbi olan
müharibə vəziyyətinə son qoymaq üçün sülh sazişinin imzalanması çox əhəmiyyətlidir.
BMT Təhlükəsizlik Şurası 2009-cu ilin iyununda Pxenyanın 2 nüvə silahını
sınaqdan keçirməsindən sonra Şimali
Koreyaya qarşı son sanksiyaları tətbiq etmişdi.