Accessibility links

Massaçusetsdə Respublikaçı namizəd gözlənilməz qələbə çaldı


Respublikaçı Skott Braun az qala yarım əsr senator olmuş mərhum Demokrat Ted Kennedinin yeri uğrunda keçirilən xüsusi seçkilərdə heyrətamiz qələbə çalıb. Braun 52:47 faiz səs nisbətində ştatın baş prokuroru olan Demokrat Marta Kouklini məğlub edib. Qələbəni bayram edən izdiham qarşısındakı çıxışında Braun Massaçusetsdə müstəqil səsin öz sözünü dediyini bəyan etdi. O, Senator Kennedinin xatirəsini yad edərək mərhum senatora layiqli varis olacağını vəd etdi. Eyni zamanda o, əlavə etdi, senatdakı yer bir şəxsə və ya partiyaya deyil, xalqa məxsusdur. Braun 100 üzvlük senatda 41-ci Respublikaçı olacaq. Bu, azlıqda olan partiyaya Prezident Barak Obamanın səhiyyə islahatları üzrə qanununu və yerdə qalan planlarının qarşısını almağa imkan verə bilər.
XS
SM
MD
LG